Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

54207fb7-2b21-4d85-b0f5-dc630049b95bAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. Mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib.

Mərkəzin yaradılmasında məqsəd, UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə – Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.

UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək.

Türkiyənin nüfuzlu universitetlərilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas – biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Qeyd: UNEC-lə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında 2015-ci ilin sentyabrında ikili diploma dair memorandum imzalanıb.

www.yenicag.az

364