!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNEC “Gənc Bankirlər”ini seçib

!Reklam – Yazi

9004af54-6028-4a26-9d28-a1ee69057845Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkil etdiyi “Gənc Bankir Məktəbi” layihəsinin final mərhələsi keçirilib.
İki aydan çox davam edən layihədə iştirakçı tələbələrə bank sisteminin müxtəlif istiqamətləri üzrə təlimlər keçirilib. İştirakçılar komandalara bölünərək onlara təqdim olunan ölkələrin bank sistemlərini tədqiq edib, final uğrunda mübarizə aparıblar. Finala vəsiqə qazanan 6 komanda hazırladıqları elmi-tədqiqat işlərini münsiflər heyətinə təqdim ediblər.

Gərgin keçən mübarizənin sonunda münsiflər heyətinin qərarı ilə “İnvictum” komandası layihənin qalibi olub. Qalib komandanın üzvləri layihənin tərəfdaşı olan “Amrahbank”da təcrübə proqramında iştirak edəcək.

Sonda bütün layihə iştirakçıları sertifikatla təltif olunublar.

 

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv