!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNEC yeni əməkdaşlığa imza atdı-Fotolar

!Reklam – Yazi

unnamed (1)Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyədə səfərdə olub və bir sıra universitetlərdə görüşlər keçirib.

Türkiyənin Gazi Universitetində keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib. Professor Ə.Muradov Gazi Universitetinin Elmi Şurası qarşısında çıxış edib. Daha sonra hər iki universitetin rektoru – professor Ədalət Muradov və professor Süleyman Büyükberber arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədə əsasən, UNEC-in “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”ndə Gazi Universiteti ilə birlikdə ilk mərhələdə “Biznesin idarəedilməsi” ixtisasında magistratura pilləsində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi və “ERASMUS+” proqramında birgə əməkdaşlığın həyata keçirilməsi mümkün olacaq.

Bilkənt Universitetinin rektoru, professor Abdullah Atalar ilə keçirilən görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. İmzalanan protokola əsasən, MBA üzrə ikili diplom proqramının təşkili, kitabxana sisteminin UNEC-də qurulmasına müvafiq dəstəyin verilməsi həyata keçiriləcək.

Hacettepe Universitetinin rektoru, professor Murat Tuncerlə görüşdə də əməkdaşlıq protokolu imzalanıb. Sənəddə “Maliyyə” və “Səhiyyə menecmenti” ixtisasları üzrə magistratura pilləsində ikili diplom proqramlarının təşkili, tələbə və müəllim mübadiləsi, kitabxana-informasiya sisteminin modernləşdirilməsinə dəstək verilməsi, “Gənc müəllim” və “Gənc Professor” layihəsi iştirakçılarına araşdırma və elmi məsləhətçi dəstəyinin verilməsi, “ERASMUS+” proqramlarında birgə əməkdaşlıq nəzərdə tutulur.

Orta Şərq Texniki Universitetində (ODTÜ) keçirilən görüşdə imzalanan protokola əsasən, UNEC-in məzunlar assosiasiyasının qurulmasında bu ali məktəbin təcrübəsindən istifadə edilməsi, Mevlana proqramından geniş istifadə etməklə tələbə və müəllim mübadiləsi, oktyabrın 7-dən 8-dək Avropa Birliyi ilə birgə keçiriləcək “Avropa Tədqiqat Məkanında Türk Universitetləri” adlı konfransa UNEC nümayəndə heyətinin dəvət edilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi, gənc müəllimlərinin təcrübə keçməsinə şərait yaradılması nəzərdə tutulub.
Türkiyənin güclü akademik heyətinin çalışdığı və geniş imkanlara malik ali təhsil müəssəsələrindən biri olan TOBB İqtisadiyyat və Texnologiya Universitetinin rektoru, professor Adem Şahinlə görüşdə də əməkdaşlıq protokolu imzalanıb. Sənədə TOBB-un “Beynəlxalq Sahibkarlıq” proqramlarının birinin də UNEC ilə ortaq təşkil edilməsi, iqtisadiyyat və biznes bölmələri, həmçinin də MBA üzrə tələbə və müəllim mübadiləsinin təşkili, UNEC-dəkı islahatlara TOBB ETÜ-nin texniki və metodiki dəstək verməsi, “Gənc müəllim” və “Gənc professor” layihələrinə dəstək verilməsi, “ERASMUS+” proqramında birgə iştirak məsələləri daxil edilib.

Səfər çərçivəsində UNEC rektorunun Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç və sədr müavini, professor Mehmet Şişmanla görüşü zamanı iki ölkə universitetləri arasındakı əməkdaşlıq əlaqələri, o cümlədən Türkəyənin digər ali təhsil ocaqları ilə əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. Sədr Yekta Saraç UNEC-in Türkiyə universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ikili diplom proqramlarına dəstək verəcəyini bildirib.

 

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv