Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında finala yüksələ bilməyib.
Yenicag.az xəbər verir ki, idmançı 400 metr məsafəni 54,83 saniyəyə qət edib.
Ötən gün eyni məsafəni 55,48 saniyəyə qaçaraq həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu yeniləyən idmançı nəticəsini daha da yaxşılaşdırıb. Lakin bu, ona finala yüksəlmək üçün kifayət etməyib.