Universitet müəllimi onlayn dərs zamanı öldü – Bakıda

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Soltan Səbzəliyev onlayn dərsə hazırlaşarkən vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 62 yaşlı müəllimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilib.

Qeyd olunur ki, müəllim onlayn dərsə hazırlaşarkən telefon əlində həyatını itirib.

S. Səbzəliyev Mendeleyev adına Moskva Kimya Texnologiyaları Universitetini bitirib. 25 ildən artıqdır ki, AzMİU-da çalışıb. Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında baş müəllim kimi dərs deyib.

S. Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.