Universitet partladıldı: 22 ölü – VİDEO,FOTO

358253_467751 (1)Suriyada baş verən partlayış nəticəsində daha 60 nəfər ağır yaralanıb.
Suriyanın Latakiya şəhərində universitetin qarşısında partlayıcı qurğunun partladılması nəticəsində 22 nəfər həlak olub.

Hadisə nəticəsində daha 60 nəfər ağır yaralanıb.

Partlayışın səbəbləri haqqında məlumatlarda ziddiyətlər var. Versiyalardan birinə görə, bina qarşısında partlayan bomba avtomobildə olub. Başqa versiyaya görə, universitetə iki “Qrad” raketi atılıb.

Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış. Həmçinin iki məhlə kənarda – bağçada partlayıcı qurğu işə düşüb. Hazırda Latakiya hökumət qüvvələrinin nəzarəti altındadır.

Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib. Ancaq bunun məhz hansı qrup olduğu bilinmir.

Suriya dövlət televiziyasının bildirdiyinə görə, atılan iki mərmi Tişrinsk universitetinin tələbə şəhərciyi yaxınlığında partlayıb. Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.

Rusiya hərbi aviasiyası bu ilin sentyabr ayından Suriyada əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların əsas hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirsə də bir çox hallarda Bəşər Əsədə qarşı müxalif olan özünümüdafiə dəstələri rus qırıcılarının bombardımanına məruz qalır.

Mətbuatda Rusiyanın bölgədə keçirdiyi əməliyyatlar zamanı çox sayda dinc əhalinin həlak olduğu barədə yazılar dərc edilir. ABŞ başda olmaqla bir çox qərb ölkələri Rusiyanın bu addımını kəskin tənqid edir. Putin isə öz çıxışlarında Suriyada Əsəd hakimiyyətinin qorunmasının vacib olduğunu bildirib(Faktxəbər).

https://youtu.be/88Lrp9OWPms