Universitet tələbələrini aparan avtobus aşdı – 30 yaralı

Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb. Nəticədə azı 30 nəfər yaralanıb.

Yenicag.az-ın məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin rəisi Peyman Sabirian deyib.

Onun sözlərinə görə, hadisə Tehranın Simon Bolivar prospektində baş verib. Hadisə yerinə 10-a yaxın təcili yardım maşını cəlb olunub./Trend/