Çelyabinskdə Cənubi-Ural Universitetində həyəcanlı anlar yaşanıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, universitetin binasından duman çıxmağa başlayıb. Tələbələr və işçilər təcili olaraq təxliyyə olunub.
“Tüstü binanı qəflətən bürüdü. Yanğın siqnalları işə düşəndə bunun təlim olduğunu düşündük. Sonra kəskin qoxu hiss etdik. Hamını universitetin həyətinə çıxartdılar”, deyə tələbələrdən biri bildirib.
Hadisə yerinə aidiyyati qurumlar cəlb edilib.