Şəkidə altı tələbə dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir.
Yenicag.az Modern.az-a istinadən xəbər verir ki, universitetdən bildirilib ki, hazırda filialın əməkdaşları tələbələrlə görüşdədirlər:
“6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlardan 2 nəfəri hazırda dərsdədirlər. Digər 4 nəfər tələbə isə ev şəraitində müalicə alırlar. Onların həyati təhlükələri yoxdur. Filialın əməkdaşları tələbələrlə görüş üçün onların evinə gediblər”.