Universitetin kafedra müdiri koronavirusdan öldü – FOTO

Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova COVİD-19 virusu səbəbindən dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu məlumatı BDU-nun prorektoru Xanım Sultanova sosial şəbəkədə paylaşıb.

O bildirib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektor Nurlana xanımın dərd içində “necə bir insanı itirdik” deyə için-için ağlayan gördüm. Cox ağır dərddir. Allah sənə rəhmət eləsin, Könül!”