Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Universitetin yataqxanasında yanğın olub: 10 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb.

Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. Əlavə məlumat veriləcək.​

***

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

FHN-dən verilən xəbərə görə, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.

Yenicag.az

www.yenicag.az

417
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM