Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Universitetindən oğurluq edən dəstənin bir üzvü tutulub

4c1f2713b4f898ea2e747f50d17bb94dBakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat pul olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin bir üzvü, 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat pul olan seyf naməlum şəraitdə oğurlanıb.(APA)

www.yenicag.az

323