Universitetlərdə dərslər təxirə salındı

Ölkədəki mövcud hərbi durumla əlaqədar olaraq universitetlərdə dərslər təxirə salınıb.

Bu barədə Yenicag.az-a daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, hərbi vəziyyətlə əlaqədar internet verilişindəki problemlər nəzərə alınaraq univeristetlərdə dərslər oktyabrın 15-dək təxirə salınıb.