!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ünsiyyət PROBLEMLƏRİ: Qorxumuza qalib gəlmək üçün nə ETMƏLİYİK?

!Reklam – Yazi

“İnsanlar bilik və təcrübələrini paylaşmaq, öyrətmək və öyrənmək üçün ünsiyyətə ehtiyac duyurlar. Lakin əksər insan ünsiyyət qurarkən çəkingənliklə üzləşir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında filoloq Yenigül Nəzərli deyib.

Onun sözlərinə görə, bu problemin arxasında böyük səbəblər dayanır:

“Təbii ki, belə problemlərlə çox üzləşirik. Səbəblər isə bir-birindən fərqlidir. Məsələn, özünəgüvən problemin səbəb kimi göstərmək olar. Çox insanlar nəyisə yanlış deməkdən qorxaraq, ünsiyyət qurmağı özlərinə çətin bir proses hesab edirlər. Lakin insan hər şeyi yanlış edərək öyrənir, sadəcə, bunu dərk etmək lazımdır. Digər bir səbəb isə insanlarda söz ehtiyatının az olmasından qaynaqlanır. Bu da öz növbəsində insanın özünü ifadə etməsinə maneçilik törədir”.

Filoloq bu kimi problemlərin həll yollarından da danışıb:

“Təbii ki, belə problemlərin həll yolu da var. Necə deyərlər, qorxunun üstünə qorxu ilə getmək lazımdır. Əgər insan ünsiyyətə girməkdən çəkinirsə, davamlı olaraq ünsiyyət qurmalıdır. Bu da onun qorxusuna qalib gəlməkdə mühüm rol oynayır. Bundan əlavə, çoxlu kitab oxumaq da vacibdir. Bu, söz ehtiyatımızın artmasında bizə çox kömək olacaq və bizi dolanbac yollardan uzaq tutmağa kömək edəcək. Beləliklə, heç bir insan ünsiyyət qurmaqdan çəkinməməli, gözəl nitq, danışıq üçün daim öz üzərində işləməlidir”.

Mayıl Soltanov

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv