!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Unudulmaz" filmi Ankarada təqdim edildi - VİDEO

!Reklam – Yazi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə “Lider” televiziyası tərəfindən ərsəyə gələn “Unudulmaz” sənədli filminin Ankaradakı diplomatik nümayəndəliyimizdə təqdimatı keçirilib.

İştirakçılar öncə səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra mərasim iştirakçıları ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan fotosərgi və ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ümummilli lideri Heydər Əliyevin həyatının indiyədək araşdırılmayan anlarından bəhs edən “Unudulmaz” filmi təqdim edilib.

Təqdimat mərasimində Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycandan və Türkiyədən digər rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, ölkə ictimaiyyətinin tanınmış simaları, Ankarada paytaxtında təhsil alan azərbaycanlı tələbə və kursantlar, Ankara şəhərindəki Heydər Əliyev məktəbinin şagirdləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Səfir Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin ümummilli lideri Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər.
Çıxışlarda təqdim olunan filmin Heydər Əliyevin şəxsiyyətinin ucalığını tərənnüm etdiyi vurğulanıb.

“Unudulmaz” filmi ümummilli lideri Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında müalicə aldığı dövrdən bəhs edir. Ekran əsərinin ideya və ssenari müəllifi, jurnalist Elnur Niftəliyevdir. O, filmin Türkiyədə təqdim olunmasının tarixi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasında olan qardaşlıq və səmimi dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Bu sarsılmaz, dərin tarixi köklərə söykənən münasibətlərin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri var. Eyni zamanda Klivlenddə Ulu Öndərin müalicəsi ilə məşğul olanlar arasında türkiyəli həkimlərin sayı da az olmayıb.

Ümummilli lideri Heydər Əliyevin bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda, çox qiymətli və nadir arxiv kadrlardan da istifadə edilib.

Xatırladaq ki, “Unudulmaz” sənədli filmi bundan əvvəl Bakıda, Daşkənddə və Vaşinqtonda təqdimat olunub.

www.yenicag.az

5685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv