Ünvanlı sosial yardım artırılacaq

manatdotasiyaAzərbaycanda gələn il ünvanlı sosial yardımlar artırılacaq.

Bunu Milli Məclisdə komitələrin 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

“Qaz və işığın qiymətinin diferrensialaşdırılması ilə əlaqədar əhalinin həssas qrupları üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımların miqdarının artırılması nəzərdə tutulur”,-deyə nazir vurğulayıb.