“Ünvanlı sosial yardım üçün istəklər çoxdur” – Sahil Babayev

“2018-ci ilin sonunda cəmi 35 min ailəyə ünvanlı dövlət sosial yardım verilirdisə, hazırda bu rəqəm 70 mini keçib. İstək daha çoxdur və artacaq”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əvvəlki illərdə cəmi 1000 ailə özünüməşğulluq proqramına cəlb edilirdisə, indi isə ildə 16 mindir:

“Amma yenə də istək və arzu çoxdur, say artacaq. Peşə hazırlığına cəlb olunanların sayı da 3 min idisə, bu il 18 mindir. Bu istiqamətlərdə mütəmadi say artımı olsa da, həmişə istəklər çox olacaq. Bunu da birmənalı qəbul edirik. Amma əsas məsələ bunun dayanıqlı olmasıdır”./unikal

COP29