BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 25-ci Yubiley sessiyası bu gün Səmərqənddə start götürəcək.
Yenicag.ru-nun məlumatına görə, tədbirdə UNWTO-ya üzv olan 130-dan çox ölkənin nümayəndələri, həmçinin investorlar və 140-dan çox media nümayəndəsi iştirak edəcək.
Hazırda UNWTO-nun baş katibi Zurab Pololikaşvili Səmərqəndə səfərdədir .
Tarixi şəhərə digər nüfuzlu qonaqlar, xarici nümayəndə heyətləri və xarici media da gəlməkdə davam edir.
Qeyd edək ki, sessiya 16-20 oktyabr tarixləri arasında keçiriləcək.
Rüstəm Qasımov, Səmərqənd