!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ürək çatışmazlığına işarə edən 6 SİMPTOM

!Reklam – Yazi

Ürək çatışmazlığı zamanı ürək effektli şəkildə işləmədiyindən qan dövranı pozulur. Bu çox təhlükəli, bütün orqan və sistemlərin işinə mənfi təsir edən, infarkt və insultin riskini artıran pozulmadır.

Ürək çatışmazlığı mütləq vaxtında aşkar olunmalıdır. Müalicə vaxtında başlanarsa, xəstə ağır fəsadların inkişafından xilas olunacaq.

Ürək çatışmazlığına işarə edən 6 simptom:

– Təngənəfəslik

Əgər insanda hətta adi hərəkətlər edəndə təngənəfəslik inkişaf edirsə, bu çox ciddi simptomdur və bu insan mütləq həkimə müraciət etmilidir.

– Ayaqlarda şişkinlik (ödemlər)

– Həzm problemləri

İştahasızlıq, ürəkbulanması, mədə pozulması həzm sistemi xəstəliklərinə işarə edə bilər. Lakin bəzən bu simptom ürək çatışmazlığına da işarə edir. Bunun səbəbi həzm orqanlarında qan dövranının pozulmasıdır.

– Yorğunluq

Adi gündəlik işləri görəndə həddindən çox yorulursunuzsa, bu təhlükəli simptomdur. Ürək çatışmazlığı zamanı əzələlər qanla piz təchiz olunur, zəifləyir ki, bu da insanın tez yorulmasına səbəb olur.

Öskürək

Əgər öskürək uzanaq vəziyyətdə və gecə vaxtı artırsa, bu ürək çatışmazlığının simptomu ola bilər. Ürək çatışmazlığı zamanı ağciyərdə maye yığılır ki, bu da üzücü, müalicəyə tabe olmayan öskürəyə səbəb olur.

– Nəbzin daim artmış olması

Bu ona işarə edir ki, ürək öz funksiyasını normal yerinə yetirə bilmir və yükləmələrə məruz qalır./Saglamolun/

www.yenicag.az

1822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv