Urmiya gölü 6 aya quruyacaq

Urmiya gölündə su həcminin artmasının ölkə məsullarına heç bir aidiyyəti yoxdur, bu, Tanrının və təbiətin işidir.

Yenicag.az xəbər verir ki, bunu İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutu professoru Məhəmməd Dərviş deyib.

O, havaların istiləşməsi ilə gölə toplanan az miqdarda suyun buxarlanacağını qeyd edib:

“Urmiya gölü 6 ay ərzində quruyacaq”.

Qeyd edək ki, Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetrdir. Hazırda göldə 2 milyard kubmetr su mövcuddur.

COP29