!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Urmu dünyanı yandıran müharibə" - FOTOLAR  

!Reklam – Yazi

Bu gün Atatürk Mərkəzində Rəhmətulla Xan Mütəmədülvüzaranın “Urmu dünyanı yandıran müharibə” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, GünAz TV-nin qurucusu Əhməd Obalının ideyası və maliyyə dəstəyi ilə ərsəyə gələn kitabın təqdimat mərasiminə ictimai-siyasi şəxslər, KİV nümayəndələri qatılıb. Mərasimdə I Dünya Müharibəsindən sonra İranın böyük bir hissəsində at oynadan xarici hərbçilərin vəhşiliyindən, eyni zamanda Cənubi Azərbaycanın Urmiya bölgəsində baş verən fəlakətlərin şiddətindən bəhs olunub.

Azərbaycanlı alim, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov çıxışı zamanı qeyd edib ki, bu faciənin araşdırılması ümumilikdə Güney Azərbaycan tarixinin dərindən öyrənilməsinə təkan verəcək.

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxışı zamanı Azərbaycanın cənubundakı qırğınların hələ də tam araşdırılmadığını, ermənilərin həyata keçirdiyi genişmiqyaslı soyqırımların qəsdən üstünün örtüldüyünü vurğulayıb.

Əhməd Obalı da öz növbəsində kitabın hansı zərurətlər əsasında hazırlanması barədə məlumat verib. O qeyd edib ki, Güney Azərbaycan tarixinin ən mürəkkəb və ən çox təhrif edilmiş dövründə yaşanmış faciələrə həsr olunan kitab Qərb tarixi ədəbiyyatında yanlış qələmə verilmiş hadisələrin işıqlandırılması məqsədilə ərsəyə gətirilib.

Tədbirdə çıxış edən iştirakçılar birmənalı şəkildə bildiriblər ki, Cənubi Azərbaycan tarixi sistemli şəkildə tədqiq olunmalı və öyrənilməlidir.

Qeyd edək ki, kitab Urmiyada baş vermiş unudulmuş tarixi faciənin xatırlanması baxımından ən dolğun mənbədir. Belə ki, kitab birbaşa Rəhmətulla Xan Mütəmədülvüzaranın gündəliklərinin tərcüməsi əsasında yazılıb. Gündəliklər filologiya elmlər namizədi Şəmsi Pənahoğlu tərəfindən tərcümə edilib. Kitabın redaktəsi isə tarix elmləri doktoru Nəsib Nəsibliyə aiddir.

www.yenicag.az

2843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv