Ursula Fon der Lyayen: “Ukraynada 20 mindən çox mülki şəxs həlak olub”

“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub”.

Yenicag.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “Twiter”də yazıb.

O bildirib ki, Ukraynanın ümumi itkiləri 100 min nəfərdir.

Ursula Fon der Lyayen, həmçinin qeyd edib ki, Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir: “Rusiya cinayətləri ilə məşğul olmaq üçün ixtisaslaşdırılmış məhkəmə yaratmaq istəyirik. Buna görə Beynəlxalq Cinayət Məhkəməsi ilə işlərimiz davam edir”.