Uruqvay millisi 1/4 finalda

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, hər iki qarşılaşma C qrupunda baş tutub.

Panama millisi ABŞ-la üz-üzə gəlib. Görüş panamalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda isə Uruqvay seçməsi Boliviyanı böyük hesabla məğlub edib – 5:0.

Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Uruqvay 1/4 finala vəsiqə qazanıb. Hərəyə 3 xal toplayan ABŞ ilə Panama yığmaları ikinci və üçüncü pillələri bölüşürlər.

COP29