“Uşağı qaçırıb gizlətdi, güclə tapmışam” – Sünnət zamanı ölən 5 yaşlı uşağın babası – VİDEO

“Uşaq qorxdu, özündən getdi”

Masallı rayonunda azyaşlı sünnət olunarkən dünyasını dəyişib.

ARB TV xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində baş verib.

5 yaşlı Kənan Hüseynovun sünnət edilməsi üçün evə həkim çağırılıb. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını və narahat olduğunu görərək, ona 2 iynə vurub və uşağa sakitləşməsi üçün hədə-qorxu gəlib. Ardınca Kənanın yaxınlarının otaqdan çıxmasını tələb edib. Qəfildən halı pisləşən uşaq dünyasını dəyişib. Azyaşlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə aparılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir. Polis faktla bağlı araşdırmalara başlayıb. Bugün ailənin yeganə övladı olan Kənan Hüseynovun doğum günüdür. Onun atası da ötən il avtoqəzada dünyasını dəyişib.

Kənan Hüseynov (babası): “Gəldi, 2 iynə vurdu. Uşaq keçinirdi ki, məni çıxartdı bayıra. Sonra uşaq ağlayanda məni çağırdı. Uşaq ağlaya-ağlaya dedi ki, baba, getmə qorxuram. Həkim də qışqırdı ki, sənin başına iynə vuraram, sakit dur. Uşağı qorxutdu, özündən getdi. Sonra məni yenə çıxartdı bayıra, yenidən gələndə gördüm ki, uşağı götürüb qaçıb, ümumiyyətlə gizlədib. 1 saatdan sonra uşağı tapmışam”.

Yeniçağ.az