USAID minlərlə əməkdaşını işdən çıxardı

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) iki min əməkdaşı işdən çıxarılmaları ilə bağlı elektron məktublar alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

“Onlar 2000 USAİD əməkdaşını ixtisar edir və 1000-ə qədər xarici hərbçini ödənişli məzuniyyətə buraxırlar”, – nəşr qeyd edib.

Nəşr aydınlaşdırıb ki, işdən çıxarılma ABŞ-də yerləşən işçilərə təsir edib./unikal