USAID-nin ləğvi: “Ölkələrin daxili işlərinə qarışmaqla…”

“2012-ci ildən sonra Azərbaycanda bu təşkilatın layihələri daha da aktivləşib”.

Bunu USAID-nin ləğv edilməsinin ölkəmiz və digər dövlətlərə təsirindən danışan politoloq Əlabbas Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın USAID-nin ləğv edilməsi ilə bağlı qərarı düzgün addımdır:

“Bu addımın ölkəmizə də müsbət təsiri görünməkdədir. Çünki qeyri-leqal layihələrin həyata keçirilməsində bu təşkilatın böyük rolu var idi. Ümumi yanaşsaq, 2012-ci ildən sonra Azərbaycanda bu təşkilatın layihələri daha da aktivləşib. Həmin təşkilatın layihələri üzdə müsbət görünsə də, ölkələrin daxili işlərinə qarışmaqla xarakterizə olunur. Məhz bu səbəbdən USAID-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar düzgün addımdır”.

Nəsimi Ələsgərli