Uşaq bağçaları ilə bağlı yenilik

Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Maliyyə Nazirliyinə 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz olunması üçün DİN-in Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etmək tapşırığı verilib.

COP29