Uşaq bağçasının qarşısında DƏHŞƏT – QADIN qətlə yetirildi

Sabirabadda qətl hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./Report/