Uşaq bağçaya narkotik gətirdi

ABŞ-ın Filadelfiya ştatında 5 yaşlı oğlan uşaq bağçasına narkotik vasitə gətirib.

Yenicag.az xəbər verir ki, bağçada tərbiyəçi özünü qəribə aparan azyaşlıya yaxınlaşıb, sorğu-sualdan sonra onun cibində bağlamaya bükülü narkotik vasitə – krek aşkar edib.

Dərhal uşaq bağçasına polis dəvət olunub. Uşaq küçədə bir nəfərin ona yaxınlaşaraq bu paketi verdiyini və uşaq bağçasında gizlətməyi tapşırdığını deyib.

İnsidentlə bağlı hələ saxlanılan yoxdur.