Uşaq baxçasını yarmaq istəyən yeniyetmə tutuldu

Ağdaşda uşaq baxçasından oğurluq etmək istəyən yeniyetmə həbs edilib.

Yenicag.az-ın DİN-in saytılna istinadən məlumatına görə, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 1051 manat pul, mobil telefon və tütün məmulatı oğurlamaqda, habelə uşaq bağçalarının birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.