!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun dəfn mərasimindən FOTOLAR

!Reklam – Yazi

Bu gün Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Yenicag.az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb. Qardaşının dəfn mərasimində iştirak edən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib ki, körpə olanda valideynləri vəfat edib və buna görə də SOS kəndində böyüyüblər.

24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlarla yanaşı, digər şəhid ailə üzvləri də iştirak ediblər. Bu şəhid ailə üzvlərindən biri də 44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərərək qəhrəmancasına şəhadətə ucalan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Xəqani Əsgərovun üç yaşlı qızıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid Səbuhi Əhmədovun dəfn mərasimindən fotoları təqdim edirik:

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv