Uşaq müəssisələrində yeni prosedur müəyyənləşir

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstərilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

COP29