Uşaq su arxına düşüb öldü

quyu_0014_386Beyləqan rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 9-da Beyləqan rayonunun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, azyaşlı Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub.

Araşdırma aparılır.