!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq transformatora girib yandı - Bakıda DƏHŞƏT

!Reklam – Yazi

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

4658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv