!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq xəstəxanasının vurulması rezonans doğurdu: Qarşılıqlı ittihamlar başladı – VİDEO

!Reklam – Yazi

Rusiya ordusunun Kiyevdəki “Oxmatdit” uşaq xəstəxanasını vurması dünya mediasında rezonans doğurub.

Xəstəxananın vurulması nəticəsində ölən və yaralananların sayının artdığı bir məqamda Kreml iddia edib ki, onlar hərbi obyekti vurarkən Ukraynaya məxsus hava hücumundan müdafiə sistemi raketlə toqquşub və nəticədə qalıntılar xəstəxanaya düşüb. Lakin Qərb mediası bunun “Kh-101” raketi olduğuna diqqət çəkərək, məhz xəstəxananın ruslar tərəfindən hədəfə alındığını bildirirlər.

Yenicag.az-la söhbətində politoloq Aqşin Kərimov bildirib ki, Rusiya və Ukrayna müharibə tərəfləri olduğundan, döyüş meydanında baş verən hər hansı bir hadisədən sonra bir-birilərini ittiham etmək üçün müxtəlif informasiya əməliyyatları həyata keçirilər.

Onun sözlərinə görə, bu informasiya əməliyyatları tərəflərin bir-birilərinə qarşı kampaniya qurmalarında müəyyən rol oynayır.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov
Samir Məcidov
Məsimə Məmmədova

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv