Almaniyanın cənubundakı Fridrixshafen şəhərindəki bəzi marketlərdə satılan uşaq yeməklərinə zəhər qatıldığı üzə çıxıb.
Yenicag.az xəbər verir ki, marketlərdə satılan fərqli markalardakı uşaq yeməklərindən alınan nümunələr üzərində aparılan araşdırmalar körpələrdə ölüm riskinə yol açan zəhərin olduğunu təsdiqləyib.
Bu arada “Aldi”, “Rossmann”, “Lidl”, DM, “Müller”, “Edeka”, “Norma” və “Rewe”yə göndərilən təhdid məktubunda 10 milyon avro ödənilməyəcəyi təqdirdə uşaq yeməklərinə yenidən zəhər qarışdırılacağı bildirilib. Yelri polis hazırda şantajçıların yaxalanması üçün əməliyyat aparır. Zəhərli uşaq yeməklərinin isə bütün marketlərdən yığışdırıldığı bildirilir.