Uşaqlar bizə əmanətdir! – VİDEO

“Mr.Grant” Mədinə balamızın ona ünvanladığı məktubu cavabsız qoymayıb və növbəti dəfə “Ümid Yeri” uşaq sığınacaq mərkəzində balaca dostları ilə görüşüb.

Artıq uşaqların sevimli qəhrəmanı olan “Mr.Grant” bu dəfə onları 15 sentyabr Bilik Günü münasibəti ilə təbrik edərək, balaca dostlarına çanta dolusu məktəbli ləvazimatları hədiyyə edib.

Kiçik ssenari ilə hazırlanmış bu videoçarx real prosesləri əks etdirməkdədir.

Belə ki, Mədinə balamız artıq neçə ildir ki, “Ümid Yeri” uşaq sığınacaq evində qalır. “Mr.Grant”la görüşmək istəyini bizə bildirən bu balamızı sevindirmək isə vəzifə borcumuzdur.

Mədinə balamız kimi “Ümid Yeri” uşaq sığınacaq mərkəzində qalan digər balalarımız da BİZƏ ƏMANƏTDİR!