!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlar üçün “Dəcəl keçi” tamaşası nümayiş olundu – FOTOLAR

!Reklam – Yazi

Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uzun illər boyu 8 may tarixində Şuşanın işğalı ilə bağlı keçirilən tədbirlər Zəfər qələbəsindən və pandemiya dövründən sonra ilk dəfə uşaqlar üçün “Dəcəl Keçi” tamaşası ilə əvəz olunub.

Yenicag.az xəbər verir ki, tamaşa Azərbaycan İncəsənət Məktəbinin (AİM), Bakı Teatr Mərkəzinin və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) təşkilatçılığı həyata keçirilib. Modern üslubda olan tamaşa AİM-in kiçik yaşlı aktyor tələbələrinin qiymətləndirmə imtahanı olaraq səhnələşdirilib.

AİM-in direktoru Tural Əliyev bildirib ki, tamaşaçılar arasında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “İctimaiyyətlə Əlaqələr” şöbəsinin əməkdaşı Gülnar İlham, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, YUĞ Dövlət teatrının rejissoru, Səda Tədris Teatrının direktoru Gümrah Ömər, əsərin müəllifi, yazıçı Pərvin Nurəliyeva, quruluşçu rejissoru Racu Şıxlı, UYD-nin sədri Fərhad Abdulov iştirak edib.

Sonda qonaqlar tamaşa haqqında öz təəssüratları ilə bölüşüb, aktyor uşaqların yaradıcı bacarıqları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

UYD-nin sədri Fərhad Abdulov bu kimi yaradıcı təşəbbüslərin uşaqlarda 21-ci əsrin yumşaq bacarıqlarını, o cümlədən ünsiyyət, empatiya, əməkdaşlıq kimi bacarıqları, tənqidi və yaradıcı təfəkkürləri formalaşdırdığını qeyd edib.

Daha sonra AİM-in təsisçici və müəllimi Fərid Bağırov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, AİM-in bədii rəhbəri Ruslan İsmayılov və Pərvin Nurəliyeva aktyor tələbələri sertfikatlar ilə təltif edib.

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv