Uşaqlar üçün reabilitasiya mərkəzində yanğın nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB

Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Yeniçağ.Az-ın məlumata görə, ağır yanıq xəsarətləri alan iki yeniyetmə xəstəxanada dünyasını dəyişib. Faciə zamanı həyatını itirən və yaralananların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir.

Hazırda xəstəxanalarda 20 nəfərin olduğu bildirilir.

***

Qvatemalada uşaqlar üçün reabilitasiya mərkəzində güclü yanğın olub.

Yeniçağ.Az-ın məlumatına görə, baş verən güclü yanğın nəticəsində 19 uşaq ölüb, 25 xəsarət alıb..

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis və xilasedicilər çalışır.

Faciənin səbəbləri hələ ki, açıqlanmır.

Yeniçağ.Az

COP29