Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Uşaqlara “Dövlət sizin doğulmağınızı xahiş etməmişdi” deyən məmur vəzifəsindən getdi

Reklam: High Technic

Cəmiyyətdə hiddətlə qarşılanan ehtiyatsız ifadəsi məmurun işdən çıxması ilə nəticələnib.

Yenicag.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayət hökumətində Gənclər Siyasəti Departamentinin rəhbəri postunu tutan Olqa Qlatskix istefaya məcbur edilib.

Məlumata görə, Qlatskixin vəzifəsindən azad olunmaq üçün rəhbərliyə yazdığı ərizəyə müsbət dərkənar qoyulub.

Qlatskixi bu addıma məcbur edən səbəb isə onun uşaqların iştirakı ilə keçirilən tədbirdə ehtiyatsız ifadə işlətməsi olub.

Xanım məmur dövlətin uşaqlara borclu olmadığını, buna görə də dövlətin köməyinə ümid etməyin əsassızlığını deyib:
“Dövlət valideynlərinizdən sizi dünyaya gətirməyi xahiş etməyib”.

Qaltskixin bu fikirləri cəmiyyətdə dərin hiddət doğurub və sonda xanım məmurun istefası ilə nəticələnib.

www.yenicag.az

3003
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100