!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlara qarşı artan ŞİDDƏT: "Zorakılıq onların həyatında ciddi posttravmatik izlər buraxır"

!Reklam – Yazi

Son zamanlar uşaqlara qarşı zorakılıqla bağlı neqativ hadisələrə sıx rast gəlinir. Yaxın günlərdə paytaxt məhəllələrinin birində uşaqlar oynadığı zaman bir qadın azyaşlı qız uşağını arxadan tutub uzun saçlarını dibindən kəsərək qaçıb. Uşaq qorxudan bir neçə saat sonra özünə gəlib. Ehtimala görə, buna səbəb son günlər sosial şəbəkələrdə uşaq saçlarının alışının yüksək qiymətə olmasıdır. Xüsusən də narkoman qadınlar bu yola ələ ataraq tanımadıqları uşaqların saçını kəsib qaçırlar.

Mövzu ilə bağlı sosioloq Nail Cəlil Yenicag.az-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə sayıqlığı artırması məqsədəuyğundur:

“Belə halların qarşısını almaq üçün, ilk növbədə, valideynlər öz uşaqlarına ciddi nəzarət etməlidirlər. Uşaqları ictimai yerlərdə mümkün qədər tək, nəzarətsiz buraxmamalıdırlar. Kənar şəxslərin zorakılığı, təzyiqi, digər mənfi təsirləri sonradan uşaqların həyatında ciddi posttravmatik izlər buraxır, onların həyatını, gələcəyini qara kabus kimi təqib edir. Bu mənada, aydındır ki, saçlarının yad bir qadın tərəfindən qəfildən, zorakılıqla, təhdidlə kəsilməsindən azyaşlı qız uşağı böyük qorxu, stress, travmatik şok keçirib. Belə vəziyyətdə onun sağlamlığı, gələcək əqli və fiziki inkişafı da təhlükə altına düşür. Bu həm də uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır, uşaqlara qarşı yönələn yolverilməz şiddətdir.

1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalanmışdır. Qanunun 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Bu qanun bir sıra beynəlxalq sənədlərə uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Hesab edirəm ki, hazırkı mərhələdə əsas diqqət uşaqların dövlət səviyyəsində effektiv sosial-hüquqi və psixoloji müdafiəsinə yönəldilməlidir. Bu həm də uşaqlara qarşı zorakılıq hallarının qarşısının əhəmiyyətli dərəcədə alınması anlamına gəlir”.

Gülşən Şərif

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv