!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlara qarşı cinayət törədən 19 nəfər həbs olundu

!Reklam – Yazi

“Uşaqlara qarşı törədilən cinayətlərin mütəmadi şəkildə təhlili aparılır. Belə ki, bu ilin I yarımilində azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə olan cinayətlər, habelə azyaşlıların fahişəliyə, əxlaqsızlıq əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb”.

Yenicag.az məlumat verir ki, bunu Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə 12, 152-ci maddəsi ilə 40, 153-cü maddəsi ilə 5 cinayət işinin istintaqı aparılıb.

İdarənin rəis müavini qeyd edib ki, bu ilin birinci yarımilində ümumilikdə 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib: “Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bütün bunlar Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının apardığı istintaqla müəyyənləşən statistikadır”.

www.yenicag.az

1292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv