!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlara siqaret satan satıcılar cərimələndilər

!Reklam – Yazi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatısatması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv