!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?

!Reklam – Yazi

Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir.

Yenicag.az “Sağlaolun”a istinadən xəbər verir ki, bundan əlavə onlar mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Bu səbəbdən hətta böyüklər bu meyvələrdən süi-istifadə etməməlidir (gün ərzində 1 portağal və ya 2 mandarin və ya 1 kivi kifayətdir).

Pediatrlar sitrus meyvələri uşaqların qidalanmasına 1-1,5 yaşlarda daxil etməyi tövsiyə edirlər. Əvvəl uşağa bir neçə damcı mandarin və ya portağal şirəsini verin və 1-2 gün ərzində orqanizmin reaksiyasına nəzarət edin. Uşağın dərisində səpgilər, qaşınma əmələ gəlibsə, sitrus meyvələrin verməyini təxirə salın. Heç bir reaksiya yoxdursa, uşağa hər gün az miqdarda olmaqla (1-2 dilim) sitrus meyvələri verə bilərsiniz. Kiçik yaşlı uşaqlara sitrus meyvələri verdikdə bütün pərdələri soyun (onlar mədə-bağırsaq sistemində çətinliklə həzm olunur), çəyirdəkləri çıxardın.

Allergik reaksiyalara meyilli olan uşaqlara sitrus meyvələri 3 yaşından sonra və hətta daha gec vermək olar. Bu halda da damcılardan başlamaq və orqanizmin reaksiyasına fikir vermək lazımdır.

www.yenicag.az

2145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv