Uşaqlara verilən İslami ADLAR: “Bunlar dərhal dəyişdirilməlidir”

“Əgər kimsə Rəhman, Xaliq, Sübhan adları daşıyırsa, əlbəttə, həmin insanlar öz adlarını dəyişdirməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İslami ad seçərkən diqqət olunması lazım olan məqamlardan danışan ilahiyyatçı Yaşar Qurbanov deyib.

Onun sözlərinə görə, bəzi İslami adlar var ki, onları insanlara qoymaq düzgün deyil:

“Çünki həmin adların xüsusiyyəti yalnız Allaha məxsusdur. Bunlara Xaliq adı, yəni Yaradan, Rəhman, Sübhan – bütün nöqsanlardan uzaq olan adları misal çəkmək olar. Bu adlar ad yalnız Allaha məxsusdur”, – deyə o bildirib.

Y.Qurbanova görə, lakin digər adlar var ki, o həm Allaha, həm də insana məxsus olur:

“Çünki Rəbbimizdə olan adlar kamil, insanlarda olan isə naqisdir. Məsələn, Rəhim adı həm Allaha, həm də, fərdlərə məxsusdur. Rəbbimiz də Qurani-Kərimdə Peyğəmbərimiz üçün “O, möminlər üçün rəhimlidir buyurub”. Bu da həmin adı insana qoymağı qadağan etmir. Əgər kimsə Rəhman, Xaliq, Sübhan adları daşıyırsa, əlbəttə, həmin insanlar öz adlarını dəyişdirməlidir. İslami adları seçərkən daha əvvəl sadaladığımıza adlar çıxmaqla daha çox mənası gözəl olan adlara üstünlük vermək lazımdır. Ad seçərkən insanların əsasən cəmiyyətdə tanınan və qəribə qarşılanmayan adlar seçməsi daha məqsədəuyğundur”.

İsmayıl Bakuvi

COP29