Uşaqlarda hərarət zamanı nə etməli?

Uşaqlarda bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Bunun səbəbi əksər hallarda virus infeksiyalarıdır.

Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır.

Yenicag.az xəbər verir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim qeyd edib ki, buna görə də yüngül qızdırmalarda qızdırma salıcıların verilməsi tövsiyə olunmur:

“Əgər bədən hərarəti 38-38.5 dərəcəni keçərsə, bu hallarda paracetamol və ibuprofen tərkibli qızdırma salıcıların verilməsi tövsiyə edilir.

Bundan başqa, bədən hərarəti yüksələn zaman ilkin olaraq nələr edilməlidir?

Uşağı qalın geyindirməməli, üstü örtülməməli, geyimlər nazik və geniş olmalıdır. Ətraf mühitin temperaturuna diqqət edilməli, temperatur 21-22 dərəcə olmalıdır. İlıq su ilə bədən yuyulmalı və yaxud da ilıq su ilə silinməlidir.

Bədəni spirt və ya sirkə ilə silmək olmaz. Bol miqdarda maye və sulu qidalar qəbul edilməlidir. Əgər görülən tədbirlər və qızdırma salıcılar bədən hərarətini düşürməzsə, bu zaman təcili yardıma və yaxud da xəstəxanaya müraciət olunmalıdır”./ e-tibb.az/