Uşaqları söyən müəllim və bağçanın müdiri ilə bağlı QƏRAR/YENİLƏNDİ

16:20

Uşaqların təhqir olunması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müdiri Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb.

Yenicag.az xəbər verir ki, azyaşlıları təhqir edən müəllim Lalə Novruzova bağça rəhbərliyinin əmri ilə mayın 31-də işdən çıxarılıb.

Bununla bağlı əmr onun Əmək kitabçasına da yazılıb.

Uşaqları təhqir edən müəllim bağçada 3 ildir çalışırmış.

***

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bağçada müəllimin uşağı təhqir etməsini əks etdirən sosial şəbəkələrdə yayılan video-görüntüyə münasibət bildirib.

İdarədən Report-a bildirilib ki, Suraxanı rayonu, Zıx qəsəbəsindəki 331 nömrəli körpələr evi-uşaq bağçasında baş verənlər araşdırılıb və tədbir görülüb.

Bildirilib ki, müəllim Lalə Novruzova vəzifəsindən azad olunub, müdir Kəmalə Feyzullayevaya isə töhmət verilib.

Qeyd olunub ki, N.Novruzovanın ailəsində problemlər olub.

Xatırladaq ki, yayılan videoda müəllimin uşağı nalayiq sözlərlə təhqir etdiyi görünür.

COP29