!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Uşaqlarım məndən küsür" - Qurban Qurbanov

!Reklam – Yazi

Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Şerif”i 3:0 hesabı ilə darmadağın edən “Qarabağ” 4-cü dəfə qrup mərhələsinə vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qatılan Qurban Qurbanov zəfəri şərh edib.

Futbolçuları ilə fəxr etdiyini bildirən təcrübəli mütəxəssis onların xarakter göstərdiyini söyləyib:

“Futbolçularımı təbrik edirəm. Sonadək yaxşı oynadılar, əsl idman xarakteri göstəridllər. Bu komandayla fəxr edirəm. Nəyi görmək istəyirdim, onu da gördük. Ardıcıl 5-ci dəfə pley-offda oynadıq və hamısından qalib ayrıldıq. Klub rəhbərliyini təbrik edirəm. Onlar həmişə arxamızda olub. Azarkeşlərimiz möhtəşəm idivə onların hər birinə təşəkkür edirəm. Hamıya bu diqqətə. marağa görə minnətdarlığımı bildirirəm. Rəqibə də uğurlar arzulayıram. “Şerif” bizə çətinlik yaratdı”.

Qurbanov BATE-yə məğlubiyyətdən sonra kluba qarşı yönələn tənqidlərlə bağlı suala da cavab verib. O, qeyd edib ki, tənqiddən nəticə çıxarmaq lazımdır:

“Sosial şəbəkədə yoxam və mediada tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar? Açığı, belə uğursuz oyunlardan sonra bir az tələsik tənqid olur. Nəticədə futbolçular oyuna gərginlik çıxır ki, bu məni narahata edirdi. Azarkeşlərə narazılıq edə bilmərəm. Onlar bizi dəstəkləyirlərsə, tənqid etməyə haqları var. Çünki nəticə istəyirlər. Futbolu onlar üçün oynayırıq, onları sevindirmək istəyirik”.

Qurbanov gərgin iş qrafikindən də söz açıb:

“Son vaxtlar iş, gərginlik həddən artıq çox olur. Bəzən çox yoruluram. Mənə bu komandalar tapşırılıb, həvalə olunub. Çalışmalıyam kki, yorulmağımıza baxmayaraq bütün gücümü əsirgəməyim. Başqa bir işimiz də yoxdue. İnanın ki, son vaxtlar evdə normal olmuram. Hətta bəzən uşaqlar küsürlər. Düşünürəm ki, qarşıda çox vacib oyunlar gəlir. Çalışıb özümüzü toparlamıyıq. Bir olaraq yaxşı nəticə əldə etməyə çalışacğıq. Sağ olsun “Qarabağ” və AFFa rəhbərliyi, hər bir halda məni başa düşürlər. bəzən güzəştə gedirlər. Mənə güvəniblərsə, etimadı doğrultmalıyam”.

www.yenicag.az

9866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv