Uşaqların psixoloji problemlərinin əsas səbəbi

 Azercell-in dəstəyi ilə “Uşaq qaynar xətt” xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

“Azercell Telekom” MMC–nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan uşaq qaynar xətt” xidmətinə daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.

Məhz bu nəticələri nəzərə alan Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları artıq bir neçə ildir ki, maarifləndirmə tədbirləri həyata keçirirlər. İndiyə qədər Bakının bir çox məktəblərində şagird, müəllim və valideylərlərlə görüşlər təşkil edən xidmət əməkdaşları oktyabr ayında Bakının147, 27 və 56 saylı tam orta məktəbində, həmçinin Göygöl rayonunda maarifləndirmə tədbirlərini davam etdiriblər. Tədbirdə uşaq hüquqlarına dair müxtəlif mövzularda təqdimatlar olub, müzakirələr aparılıb. Bundan əlavə “Qaynar Xətt”in prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib, şagirdlərə xidmətin maarifləndirici materialları təqdim edilib.

Qeyd edək ki, 2010-cu ildə Bakıda yaradılan “Azərbaycan uşaq qaynar xətt” xidmətinin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi müddətdə xidmətə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaq və gənclər, habelə valideynlər tərəfindən 32000-dən çox  müraciət daxil olub. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Nəzərinizə çatdıraq ki, Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

COP29