Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Uşaqların sağlamlığı TƏHLÜKƏDƏ - Abşeron İH natəmizliyə göz yumur - ŞİKAYƏT / FOTOLAR

“Abşeron İcra Hakimiyyəti dövlət büdcəsi hesabına bahalı maşınlar alsa da, əhaliyə keyfiyyətsiz, pullu xidmət göstərirlər”.

Yenicag.az xəbər verir ki, iqtisadçı Samir Əliyev Xırdalanda Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyinə görə cavabdeh olan Abşeron İcra hakimiyyətini tənqid edib. Onun sözlərinə görə, məsul qurumun səhlənkarlığı sakinlər, xüsusən də uşaqların sağlamlığı üçün təhlükə yaradır:

“Abşeron rayonu (Xırdalan) parkın içində idman qurğuları quraşdıranda çox sevindik. Hər gün xeyli uşaq həmin qurğulardan yararlanır. Ancaq həmin qurğulardan 50 metr kənarda, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumur. Bu şəraiti yaradan məhz Abşeron İH-nin məişət tullantılarının daşınmasına məsul qurumudur. Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, həm də keyfiyyətsiz…”

İqtisadçı bildirib ki, yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyu da binanın həyətinə axıdılır:

“Zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir. Hər gün bu natəmizliyin yanından xeyli uşaq keçir və onlar ayaqlarını çirkab su axan yola qoymalı olur. Abşeron İH göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır”.

Gülşən Şərif

www.yenicag.az

279
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100